AMEA-da bəzi şöbələr ləğv edilərək yenisi yaradılıb » Memur.az

AMEA-da bəzi şöbələr ləğv edilərək yenisi yaradılıb

AMEA-da bəzi şöbələr ləğv edilərək yenisi yaradılıbAMEA-nın Geologiya və Geofizika İnstitutunun Elmi şurasının son iclasında struktur dəyişiklikləri çərçivəsində şöbə adlarının dəyişdirilməsi və yeni şöbələrin yaradılması haqqında qərar qəbul edilib.

Bu barədə AMEA məlumat yayıb.

Bildirilib ki, Geotektonika və regional geologiya şöbəsinin adı dəyişdirilərək Dinamiki geologiya, Geotermiya şöbəsinin adı dəyişdirilərək Yer təkində istilik-kütlədaşınma, Seysmologiya, geomaqnetizm və petrofizika şöbəsinin adı dəyişdirilərək Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi adlandırılması qərarı səsə qoyularaq qəbul edilib.

Tədbirdə, həmçinin yeni şöbələrin yaradılmasına da qərar verilib. Qərara uyğun olaraq, Petrologiya, Filiz-maqmatik sistemləri və Metasomatizm və metamorfizm şöbələri birləşdirilməklə onların bazasında Filiz-maqmatik sistemləri və minerageniya şöbəsi, Paleontologiya və stratiqrafiya şöbəsi ləğv edilərək onun bazasında Biotanın təkamülü və geoloji hadisələrin korrelyasiyası şöbəsi, eləcə də ilk dəfə yeni Tətbiqi geotermiya tədqiqatları şöbəsi yaradılıb.

Elmi şurada qəbul olunmuş dəyişikliklərlə bağlı AMEA-nın Yer Elmləri Bölməsi qarşısında vəsatət qaldırılıb