Kral təcili əməliyyat olundu: Ərdoğanın səfəri təxirə düşdü » Memur.az

Kral təcili əməliyyat olundu: Ərdoğanın səfəri təxirə düşdü

Kral təcili əməliyyat olundu: Ərdoğanın səfəri təxirə düşdüTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İordaniya səfəri təxirə salınıb.

Bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Səfərin təxirə salınmasına səbəb kimi İordaniya kralı II Abdullahın təcili əməliyyat olunması göstərilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İordaniyaya səfəri aprelin 11-nə nəzərdə tutulmuşdu.

Mənbə: Haber Global