Bayden Putinlə bağlı dediklərini izah etdi » Memur.az

Bayden Putinlə bağlı dediklərini izah etdi

Bayden Putinlə bağlı dediklərini izah etdiABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə təmasları istisna etməyib. Lakin bunun rusiyalı həmkarının nəyi müzakirə etmək istəməsindən asılı olduğunu bildirib.

O, Putinin hakimiyyətdə qalmaması ilə bağlı son sözlərinə də aydınlıq gətirib. Bayden açıq şəkildə bildirib ki, bu, onun Rusiya qoşunlarının Ukraynadakı hərəkətlərinə şəxsi qəzəbinin ifadəsidir və ABŞ-ın Rusiya rəhbərliyinə qarşı rəsmi siyasətindəki dəyişikliyi əks etdirmir.

Bayden rusiyalı həmkarının davranışının keçən ilki Cenevrə sammitindən sonra dəyişdiyini bildirib.

“Beynində nə dəyişdiyini bilmirəm. Davranışı dəyişdi. Nə danışdığımızı xatırlayın. Biz strateji dialoq qurmaqdan, NATO ilə Rusiya arasında münasibətlərdəki şəffaflığın necə artırılmasından və bu kimi şeylərdən danışdıq. Normal müzakirə gedirdi”, - deyə Bayden jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bir müddət öncə Putini “müharibə cinayətkarı”, “qəssab” adlandıran Bayden əlavə edib ki, Rusiya dövlət başçısının bu sözlərinə necə reaksiya verəcəyi onu maraqlandırmır. O, əmin olduğunu bildirib ki, bu sözlər qarşılıqlı diplomatik fəaliyyətə mənfi təsir göstərməyəcək və Ukraynada əlavə eskalasiyaya səbəb olmayacaq.

Mənbə: “RİA Novosti”