Dmitri Savelyev: “Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə qurduğu yeni gələcəyi müşahidə etmişəm” » Memur.az

Dmitri Savelyev: “Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə qurduğu yeni gələcəyi müşahidə etmişəm”

Dmitri Savelyev: “Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə qurduğu yeni gələcəyi müşahidə etmişəm”“Azərbaycan və Rusiya arasında müttəfiqlik haqqında bəyannamənin imzalanması əməkdaşlığın daha sıx və etibarlı səviyyəyə keçidi deməkdir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Rusiyanın mühüm rolundan danışan D.Savelyev Rusiyanın qarant ölkə kimi roluna toxunub:  

“Müharibədən sonrakı mərhələdə Ermənistanla Azərbaycan arasında bütün mübahisələr siyasi alətlər vasitəsi ilə həll olunacaq. Region ölkələri bütün nəqliyyat əlaqələrinin tezliklə açılmasında, sərnişin və yük daşımalarının tam şəkildə bərpasında maraqlıdır. Bu məqamların üzərində birgə işləmək, həmçinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasına köməklik göstərmək lazımdır”.

Rusiya Dövlət Dumasının deputatı qeyd edib ki, o, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi nəhəng quruculuq işlərini yaxından izləyir:

“İnfrastruktur obyektləri bərpa olunur, tarix, mədəniyyət və dini abidələr yenidən qurulur və Rusiya da öz növbəsində Azərbaycanla birgə layihələrdə iştirak edərək sülh prosesinə hər cür kömək etməyə hazırdır. Mənə məlumdur ki, Azərbaycan rəhbərliyi Rusiya şirkətlərindən daxil olan 14 sifarişi öyrənir və onların icrası müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinin növbəti sübutu olacaq. Düşünürəm ki, hamı Vladimir Putin və İlham Əliyev arasında olan isti, şəxsi münasibətlərdən xəbərdardır. Siyasətdə dostluğu real addımlarla möhkəmləndirmək lazımdır. Təkcə onu xatırlatmaq kifayətdir ki, Azərbaycan Prezidenti Qərbin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsi fonunda Moskvaya uçdu, və bütün bu addımlar İlham Heydəroviçi dayandırmadı: o, çox yaxşı başa düşür ki, ölkələrimiz arasında əməkdaşlıq Avropanın və ya ABŞ-ın nəzərlərindən daha əhəmiyyətlidir. Eyni davranışı Qərbin dəfələrlə Azərbaycandakı vəziyyəti qarışdırmağa çalışdığı, onilliklər ərzində dağıdıcı qüvvələri maliyyələşdirdiyi vaxt bizim ölkəmiz sərgilədi. Vladimir Vladimiroviç Putin ölkənizi regional təhlükəsizliyin təminatçısı kimi dəstəkləyib. Düşünürəm ki, ölkələrimiz arasında tərəfdaşlığın sirri də budur: iki özünə əmin və güclü lider bir-birini davamlı ittifaqlar qura bilən, etibarlı və proqnozlaşdırılan siyasətçilər kimi qəbul edir”.