Hökumət üzvlərinin sayı 34-ə çatdı » Memur.az

Hökumət üzvlərinin sayı 34-ə çatdı

Hökumət üzvlərinin sayı 34-ə çatdıPrezident İlham Əliyev sentyabrın 7-də Fərid Qayıbovu gənclər və idman naziri təyin etdikdən sonra Azərbaycanda Nazirlər Kabineti üzvlərinin sayı 34-ə çatıb.

Oxu.Az xatırladır ki, bu ilin aprel ayının sonlarında gənclər və idman naziri vəzifəsini tutan Azad Rəhimov vəfat etdikdən sonra həmin post boş qalmışdı.

Hazırda Azərbaycanda təkcə səhiyyə naziri vəzifəsi boşdur.Belə ki, 2021-ci ilin aprelin 23-də Oqtay Şirəliyev dövlət başçısının sərəncamı ilə səhiyyə naziri vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Teymur Musayev səhiyyə nazirinin birinci müavini təyin olunmuşdu.

Hazırda səhiyyə nazirinin vəzifələrini müvəqqəti olaraq Teymur Musayev icra edir.