Azəbaycanımız günü-gündən işıqlanır » Memur.az

Azəbaycanımız günü-gündən işıqlanır

Azəbaycanımız günü-gündən işıqlanır






“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Yeni texnologiyalar tətbiq edərək, respublikamızda generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır.
Energetika sektorunun müasir tələblər səviyyəsində inkişafı, vətəndaşların enerji resurslarına əlçatanlığının və məmnunluğunun təmin olunması Prezident İlham Əliyevin sosial-iqtisadi siyasət kursunun prioritet hədəfləri sırasındadır. Postkonflikt dövründə isə işğaldan azad edilən ərazilərdə gedən bərpa-quruculuq işləri dövlətimizin başçısının xüsusi diqqətindədir.
Prezident İlham Əliyev cənablarının səyi və qayğısı nəticəsində Qarabağımızda elektrik xətlərinin çəkilişi və elektrik verilişi işləri çox gözəl gedir, Şuşa şəhərində işlər yüksək səviyyədə hazırlanmışdır. Prezident “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev: Şuşa şəhəri ilə yanaşı Qarabağımızın digər rayonlarında da elektrik xətləri çəkilməkdədir.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin yüksək peşəkarlıqla işlərin belə yüksək səviyyədə tez və keyfiyyətli aparılması gözoxşuyan və bəyəniləndir.
Dağ rayonlarında elektrik xətlərinin çəkilməsi çətin olsa da “Azərenerji” ASC-nin əməkdaşları yüksək peşəkarlıq nəticəsində demək olar ki, ən yaxın bir vaxtda Qarabağımızı işıqlanıdracaqlar. “Azərenerji” ASC-i yarımsatnsiyaların tikilməsinin təmini və texnikanın avropa standartlarına cavab verməsinin birbaşa məsuliyyətini və nəzarətini keçirdir. Doğma Qarabağımızda Azərbaycanımızın ərazi bütövlüyünü qoruyan hərbiçilərimizi də elektrik təchizatı ilə təmin edir.
“Azərenerji” ASC təcrübəli kadrların üzə çıxarılması, gənc mütəxəssislərin irəli çəkilməsi, işin operativliyini və keyfiyyətinin artırılması, o cümlədən yaxın zamanlara qədər enerjinin istehsalı, ötürülməsi və idarəolunması sahəsində yaşanan kadr pərakəndəliyinin kompaktlaşdırılması üçün sistemli şəkildə işlər həyata keçirir.
“Azərenerji” ASC bundan sonra da həm qrum daxilində, həm də kənarda olan ixtisaslı mütəxəssislərin işə cəlb edilməsi, önə çəkilməsi və daha peşəkar formada yetişdirilməsi üçün səylərinin durmadan davam etdirəcək.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə "Azərenerji” ASC ilə İtaliyanın "Ansaldo Energia" şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb.
Azərbaycan mənim qibləgahımdır deyən Ümummilli Liderimizin Heydər Əliyevin şah əsəri sayılan müstəqil Azərbaycan respublikasının böyük bir qələbə yaşayaraq xalqına sevinc gətirdi. İki əsrin sərkərdəsi cənab İlham Əliyev Qarabağı işğaldan azad edərək 30 ilin həsrətinə son qoydu. Azərbaycan xalqı və dünya Azərbaycanlıları bir araya gətirən bu sevinc Şuşada yanan tonqalın birlik nümunəsidir.
Cənab Prezident biz Azərbaycan xalqı Sizinlə fəxr edirik!

Baba Rzayev
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti


Azəbaycanımız günü-gündən işıqlanır