Vilayət Eyvazovdan yeni TƏYİNAT  » Memur.az

Vilayət Eyvazovdan yeni TƏYİNAT 

Vilayət Eyvazovdan yeni TƏYİNAT Daxili İşlər orqanlarında dəyişiklik olub.

Memur.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Mehrab Məmmədov Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib. 

O, bundan əvvəl Yasamal Rayon Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışıb.