İlham Əliyev Anatoli Torkunova məktub ünvanlayıb - YENİLƏNİB » Memur.az

İlham Əliyev Anatoli Torkunova məktub ünvanlayıb - YENİLƏNİB

İlham Əliyev Anatoli Torkunova məktub ünvanlayıb - YENİLƏNİBPrezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) rektoru akademik Anatoli Torkunova məktub ünvanlayıb. 

AZƏRTAC-ın dərc etdiyi məktubda deyilir:

“Hörmətli Anatoli Vasilyeviç.

Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimi qəbul edin.

Siz uzun müddətdir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna uğurla rəhbərlik edirsiniz. Sizin səyləriniz sayəsində MDBMİ haqlı olaraq dünya miqyasında ən nüfuzlu və prestijli ali məktəblərdən biri sayılır.

Siz böyük alim, pedaqoq və istedadlı təşkilatçı kimi, öz ölkələrini beynəlxalq arenada ləyaqətlə təmsil edən yüksək ixtisaslı dövlət və ictimai xadimlər, diplomatlar, jurnalistlər, hüquqşünaslar hazırlanmasına çox dəyərli töhfə verirsiniz.

Hörmətli Anatoli Vasilyeviç, Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, Sizə uzun ömür, yeni nailiyyətlər diləyir, ən xoş arzularımı bildirirəm”.

12:53

Prezident İlham Əliyev Anatoli Torkunovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

Müvafiq sənəd AZƏRTAC-da dərc olunub. 

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Anatoli Vasilyeviç Torkunov “Dostluq” ordeni ilə təltif edilib.