Prezident İlham Əliyev Tomislav Nikoliçlə görüşdü » Memur.az

Prezident İlham Əliyev Tomislav Nikoliçlə görüşdü

Prezident İlham Əliyev Tomislav Nikoliçlə görüşdü

İyunun 11-də Azərbaycan prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya səfərə gələn Serbiya prezidenti Tomislav Nikoliçlə görüşüb.

Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Serbiya arasındakı əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Birinci Avropa Oyunlarının əhəmiyyəti vurğulanıb, bu Oyunların keçirilməsi üçün yaradılmış şərait yüksək qiymətləndirilib. Söhbət zamanı Azərbaycan ilə Serbiya arasındakı əlaqələrin daha da genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Serbiya prezidenti Tomislav Nikoliç Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib.