Prezident İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan lideimizdir » Memur.az

Prezident İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan lideimizdir

Prezident İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan lideimizdir
Hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər qabaqlayıcı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Ən inkişaf etmiş dövlətlərdə də koronavirus infeksiyasının yayılması sürəti göz qabağındadır. Azərbaycan dövləti isə əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirir. Bu olduqca təhlükəli virusdan Azərbaycan əhalisinin sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı görülən mühüm işlər uğurlu nəticələrini göstərməkdədir. Respublikamızın bütün bölgələrindən vətəndaşlarımız tərəfindən Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı minnətdarlıq məktubları bunu əyani təsdiq edir. Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xalqının rifahı onun üçün hər şeydən üstündür. Təxirəsalınmayan genişmiqyaslı tədbirləri, ölkə başçısının uzaqgörən fəaliyyətini, respublikamızın hər bir vətəndaşına göstərilən diqqət və qayğını minnətdarlıqla alqışlayırıq. Möhtərəm Prezidentimizin “Biz birlikdə güclüyük!” çağırışı ilə bu təhlükəli infeksiyaya qarşı mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası, milli həmrəyliyə, hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirdi. İndi həmişə olduğundan daha çox həmrəyliyə, təhlükəli xəstəliklə mübarizədə dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var. Birlik və həmrəylik, pandemiya ilə mübarizədə uğur qazanmağın əsas şərtlərindəndir. Əminəm ki, Azərbaycan xalqı pandemiyaya qarşı dövlətin həyata keçirdiyi önləyici tədbirlər sayəsində az itkilərlə çıxacaq. Türkdilli dövlətlərin liderlərinin videokonfransını keçirməklə cənab İlham Əliyev bu ümumbəşəri problemə qarşı birlikdə mücadilənin əhəmiyyətini bütün dünya siyasətçilərinə nümayiş etdirdi. Videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə bildirib ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada fəal rol oynayır. Bu ağır dövrdə vətəndaşlarımızın rifahı üçün görülən tədbirlər bir daha Azərbaycanın nə qədər qüdrətli ölkə olduğunu bütün dünyaya göstərdi. Möhtərəm Prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən də irəli gedərək, bu amansız pandemiyaya qarşı ciddi mübarizə apardı. Vətəndaşlarımız hər bir atılan addımların, təhlükəsizlik tədbirlərinin onların sağlamlığının qorunması məqsədi daşıdığını yaxşı başa düşürlər. Bakıda inşa edilən yeni klinika tibb müəssisəsinin açılışında cənab Prezidentimiz demişdir: “Hesab edirəm ki, biz birinci ölkələrdən idik ki, bu təşkilatla təmas yaratdıq və onların mütəxəssislərini ölkəmizə dəvət etdik. Onlar vəziyyətlə tanış oldular və bizdə görülən işlərə yüksək qiymət verdilər. Eyni zamanda, biz beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir”. Bəli, Azərbaycanın koronavirusa qarşı mübarizəsinin əsasında xalqın milli və mənəvi dəyərlərindən irəli gələn pandemiya əleyhinə ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilən tədbirlərə həmrəylik, Azərbaycan xalqının öz liderinə sonsuz inamı dayanır. Ölkəmiz bu çətin sınaqla üz-üzə qaldığı ilk gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva başda olmaqla, hər kəs həmrəylik nümayiş etdirir.
Genişmiqyaslı maarifləndirmə işlərinin aparılması, ölkəmizdən kənarda vətəndaşlarımıza və soydaşlarımıza dövlət səviyyəsində qayğı, dəstək göstərilməsi və bütün bu kimi tədbirlər möhtərəm Prezidentimizin yüksək liderlik keyfiyyətinin və yüksək təşkilatçılıq qabiliyyətinin nəticəsidir. Görülən bütün bu tədbirlər xalqımızı xəstəliyin acı nəticələrindən qorudu. Dünyanın bir sıra ölkələri ilə müqayisədə respublikamızda koronavirus pandemiyasına qarşı mübarizənin dinamikasında müsbət nəticələr müşahidə olunur.
Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək yönümündə genişmiqyaslı tədbirlərlə bir daha təsdiqini tapır. Hər zaman xüsusi olaraq vurğulanır ki, Azərbaycan dünya miqyasında sosial dövlət kimi tanınır. Pandemiya ilə mübarizədə çox vacib qabaqlayıcı tədbirlər görüldü və görülməkdə davam edir. Bunu Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşündə diqqətə çatdıran Prezident İlham Əliyev daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanıldığını qeyd edib.: Dövlət başçısı həyata keçirilən bütün bu tədbirlərin nəticəsində kütləvi yoluxma hallarının qarşısının alındığını, son günlərdə ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamikanın müsbət olduğunu bildirib. “Pandemiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır. Əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma dinamikasını nəzərə alaraq, xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir”.
Hər zaman olduğu kimi, bu çətin günlərdə də dövlət öz vətəndaşının yanındadır. Ümumiyyətlə, ölkəmizdə, sözün əsl mənasında, vətəndaş-dövlət etimadı mövcuddur. Biz Koronavirusla Mübarizəyə Dəstək Fondunun nümunəsində bunun bir daha şahidi olduq. Bundan əlavə, epidemiyanın fəsadlarından əziyyət çəkən sahibkarlar da unudulmadı, dövlətin onlara öz maliyyə dəstəyini göstərməsi bir daha təsdiq etdi ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır, xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir, bu sevginin, qayğının, mərhəmətin bariz təcəssümüdür. Koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri və eləcə də bundan sonra nəzərdə tutulan genişmiqyaslı proqramlar Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikirlərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan edir: “Biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır”. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən siyasətin, xalq-dövlət, dövlət-xalq birliyinin və həmrəyliyinin bariz nümunəsi məhz budur. Hər şey xalq üçündür, hər şey vətəndaşların rifahı, qayğısız, xoşbəxt gələcəyi üçündür. Tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, möhtərəm Prezidentimiz İlham Əliyev də bu gün Azərbaycanı böyük bəlalardan qoruyur. Son vaxtlar yaşanan hadisələr bunu bir daha sübut edir. Onun vaxtında atdığı uğurlu addımlar, verdiyi müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bu mübarizədən qalib ayrılacaqdır. Möhtərəm Prezident, koronavirusun dünyanı cənginə aldığı dövrdə ölkəmizdə bu bəlaya qarşı gördüyünüz qabaqlayıcı tədbirlərə, diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Yaranmış iqtisadi vəziyyətdə də Siz birinci növbədə vətəndaşlarımızı düşündünüz. Cənab Prezident, bütün bunlar Sizin aliliyinizdən, sadəliyinizdən və ucalığınızdan xəbər verir. Dünya arenasında özünəməxsus dəst-xətti ilə seçilən bir rəhbər kimi Siz dövləti ilə dövlətləşən, milləti ilə millətləşən, el dilində əfsanələşən bir lidersiniz. Xalqımızın sağlamlığını hər şeydən üstün tutmağınız bizi çox qürurlandırır. Fəxr edirik ki, Sizin Prezidenti olduğunuz dövlətdə yaşayırıq. Sizin atdığınız hər bir addım bizdə nikbinlik yaradır. İnanırıq ki, bu çətinliklər arxada qalacaq, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha gözəl günlər yaşayacaq. Respublikamızın gələcək inkişafı naminə bu qətiyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

İbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru,
Kənd təsərrüfatı elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü