Vilayət Eyvazovdan yeni TƏYİNAT » Memur.az

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNATDaxili İşlər orqanlarında yeni təyinat olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Kamil Axundov Beyləqan Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsinə təyinat alıb.

O, bundan əvvəl DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.