Prezidenti ev dustağı etdilər » Memur.az

Prezidenti ev dustağı etdilər

Prezidenti ev dustağı etdilər

Yəməndə İran tərəfdarları olan Husilər hərəkatı paytaxt Sanada hakimiyyəti ələ keçirib. Bununla da Səudiyyə Ərəbistanının təsiri altında olan ölkə prezidenti Hadi ev dustaqlığına məhkum edilib.

Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ölkədə baş verən inqilabdan sonra devrilən prezident Mansur Hadiylə vətəndaş müharibəsinin olmaması ilə bağlı razılaşma əldə olunub.

Daha çox İslam dininin məzhəblərinin maraq dairəsinin toqquşduğu ölkədə bu dəfə şiə məzhəbli İran qruplaşması olan Husilər S.Ərəbistanın himayədarlıq etdiyi sünni lider Hadini devirməyə nail olublar.

Xatırladaq ki, Yəmənin Şimalında məskunlaşan Husi tayfaları ölkə əhalisinin üçdə-bir hissəsini təşkil edir. Onlar 2014-cü ildən hakimiyyət uğrunda mübarizəyə başlayıblar. Bu illər ərzində devrilmiş Yəmən hökuməti ilə Husi tayfaları arasında dəfələrlə qanlı döyüşlər olub. Ehtrimal edilir ki, bu razılaşmadan sonra ölkədə vətəndaş müharibəsinə son qoyulacaq.

Qeyd edək ki, Parisdəki son terror aktında Yəmən Əl–Qaidəsinin adı tez-tez hallandırılır. Belə bir dönəmdə qeyri-rəsmi “İran İnqilab”ının baş verməsi böyük sual işarələri yaradıb