Prezident Meksika səfirinin etimadnaməsini qəbul etdi » Memur.az

Prezident Meksika səfirinin etimadnaməsini qəbul etdi

Prezident Meksika səfirinin etimadnaməsini qəbul etdi

Prezident İlham Əliyev iyunun 4-də Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresin etimadnaməsini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, səfir Xuan Rodrigo Labardini Flores fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Sonra prezident İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırkı vəziyyəti və gələcəyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.