BMT-nin baş katibindən prezidentə təbrik » Memur.az

BMT-nin baş katibindən prezidentə təbrik

BMT-nin baş katibindən prezidentə təbrik

BMT-nin baş katibi Pan Gi Mun prezident İlham Əliyevə təbrik məktubu yollayıb. Lent.az-ın president.az saytına istinadən məlumatına görə, məktubda deyilir:

“Zati-aliləri,
Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Bu il BMT 70 illiyini qeyd edir. Bu, bizdə quruculuq işlərinə dair öhdəliyimizi yeniləmək, sülh, inkişaf və insan hüquqları ilə bağlı səylərimizi ikiqat artırmaq məsuliyyəti yaradır. Əminəm ki, bizim sabit inkişafla bağlı birgə səylərimiz bütün dünyanın mənafeyinə əhəmiyyətli və davamlı töhfə verəcək.

Hər bir ölkə bizim birgə səylərimizə özünəməxsus töhfə verir. Mən Azərbaycanın fəal iştirakına və rəhbərliyinə arxalanmağa davam edəcəyəm. Ümumi məqsədlərdə inkişafa yalnız birgə səylərlə nail olmaq mümkündür.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin”.