İcra başçısı yarım milyon dəyərində villa alıb » Memur.az

İcra başçısı yarım milyon dəyərində villa alıb

İcra başçısı yarım milyon dəyərində villa alıb

Ağsu rayonunda məmur özbaşınalığı pik həddə çatıb. İcra başçısı Ənvər Seyidəliyevin əməlləri rayonda ciddi narazılıq doğurub. Məlumata görə, bütün idarə, müəssisə və təşkilat rəhbərləri icra başçısının yaxın qohumları olduğu üçün onlar istədikləri kimi hərəkət edə bilir, əhalini istismar etməklə məşğul olurlar. Ancaq onların bu özbaşınalığına göz yumulur. Bundan başqa, rayon idarələrinin hamısı rüşvət və korrupsiya içində çabalanır ki, bunlardan da rayon Mərkəzi Xəstəxansını, Sosial Müdafiə Mərkəzini və maliyyə idarəsini xüsusi qeyd etmək lazımdır. Bir sıra idarə müdirlərinin icra başçısının yaxın qohumları olmasına baxmayaraq, Ənvər Seyidəliyev hər bir idarə müdirindən aylıq “aylıq” alır. Bu bir növ təhlükəsiz olduğu üçün icra başçısının heç bir şeydən narahat deyil.


Bu gün Memur.az a daxil olan məlumatda bildirilir ki, Ağsu rayonunun Kəndoba, Abasxanlı və Cəlair kəndlərində vəziyyət düşünüləndən də ağır və dözülməzdir. Kəndlərin yolları, işıq və su problemləri insanları dözülməz şəraitdə yaşamağa məcbur edib. Sözügedən kəndlərin orta məktəbləri də bərbad vəziyyətdədir. Şagirdlər təsil almaq üçün müəyyən çətinliklər çəkir.


Məlumatda o da bildirilir ki, Ağsudakı sosial-iqtisadi problemlər icra başçısı Ənvər Seyidəliyevi qəti maraqlandırmır. Onu ancaq Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovla birgə rayonda olan biznes əlaqələri maraqlandırır. Bildirilir ki, Ağsu rayonu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun kurasiyasında olan rayonlardandır. Ağsu rayon icra başçısı da Səlim Müslümovun yaxın qohumudur. Məhz bu rayonda bütün idarə rəhbərləri də Ənvər Seyidəliyevin yaxın qohumlarıdır.
PİA.AZ

Mənbə bildirir ki, Ənvər Seyidəliyevin Bakı şəhərində də biznes şəbəkələri və iri mağazaları var. Hətta onun Bakıda bir neçə saunası olduğu bildirilir ki, bu barədə də növbəti yazılarımızda məlumat verəcəyik.


Həmçinin məlumatda bildirilir ki, rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bu yaxınlarda böyük bir bazarlıq edib. Belə ki, o, ümumi dəyəri 600.000 manat olan "Mersedes" markalı avtomobil və dəbdəbəli bir villa alıb.


Mənbə bildirir ki, həmin hədiyyələrin kimin üçün alındığıda məlumdur. Onun sözlərinə görə, rayonda ciddi sosial-iqtisadfi vəsziyyətin ağır olduğu bir vaxtda Ənvər Seyidəliyevin bu addımı atması olduqca gülünc və faciəvi görünür. Çünki bu gün Ağsu rayonunda insanlar ağır şəraitdə yaşayır. Görünür, insanların necə yaşaması icra başçısı üçün qəti maraqlı deyil.


Məlumatı dəqiqləşdirmək üçün Ağsu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin cəhdlərimiz nəticəsiz qaldı.


Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq...