Zahid Oruc parlamentdə üç mühüm mesaj verəcək » Memur.az

Zahid Oruc parlamentdə üç mühüm mesaj verəcək

Zahid Oruc parlamentdə üç mühüm mesaj verəcəkSosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc parlamentin payız sessiyasında üç mühüm tezislə çıxış edəcək.

Bu barədə Oxu.Az-a Zahid Oruc məlumat verib.

Deputat bildirib ki, sosial təhlükəsizlik, ictimai rəyin öyrənilməsi ilə bağlı qanunvericiliyin vəziyyəti və lobbiçiliklə bağlı təkliflərlə çıxış edəcək.

Zahid Oruc detalları açıqlamayıb.

Qeyd edək ki, Milli Məclisin 2019-cu il payız sessiyasının ilk iclası sentyabrın 30-da keçiriləcək.