“Mehriban Əliyeva”- Azərbaycan qadınının gözəlliyinin, nəcibliyinin, mübarizliyinin və dünya görüşünün təcəssümü » Memur.az

“Mehriban Əliyeva”- Azərbaycan qadınının gözəlliyinin, nəcibliyinin, mübarizliyinin və dünya görüşünün təcəssümü

“Mehriban Əliyeva”- Azərbaycan qadınının gözəlliyinin, nəcibliyinin, mübarizliyinin və dünya görüşünün təcəssümü





















Cəmiyyətdə qadın üzərinə daima böyük öhdəliklər düşməkdədir. Buna baxmayaraq, dövrün istənilən mərhələsində cismən zərif və incə, daxilən mübariz və dözümkar olan qadınlar üzərlərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetirə biliblər. Şərq qadını da bütün dövrlərdə cəsarəti, ağlı, mədəniyyəti və məqsədyönlülüyü ilə seçilib, hətta qərbli həmcinsləri tərəfindən də heyranlıqla qarşılanıblar.
Bu gün Azərbaycan qadının gözəlliyini, nəcibliyini, mübarizliyini və dünya görüşünü Azərbaycanın Birinici xanımı Mehriban Əliyeva özündə təcəssüm etdirir. Birinci xanımın istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadınının daxili dünyasının zənginliyi, elmi təfəkkürünün aliliyi və mərdliyindən xəbər verir. Praqmatiklik və siyasi çeviklik, qarşıya qoyulan məqsədlərin həyata keçirilmə və nəzərə alınma zərurətini diplomatik etiketlər çərçivəsində diqtə etmək məharəti, üstəlik də protokol qaydalarında bərabərhüquqlu tərəfdaş qismində etiraf etdirilmə səriştəsi Mehriban xanım Əliyevanın siyasi dünyagörüşünün diapazonunu ehtiva etməklə bərabər, həm də onun kübarlıq ranqında özünütəsdiqi oldu.
Mehriban xanım Əliyeva şəxsiyyəti Azərbaycan ictimai-siyasi həyatında BİRİNCİ LEDİ kimi rəsmiləşməzdən xeyli əvvəl, hələ keçən əsrin 90-cı illərinin ortalarında Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti olaraq nüfuz dairəsindəydi!

“Mehriban Əliyeva olduğu kimi”

ƏLİYEVA MEHRİBAN ARİF qızı Bakı şəhərində anadan olmuşdur.
1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1988-1992 illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləmişdir.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunmuşdur.
1996-cı ildə Mehriban Əliyeva üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis etmişdir.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir.
Mehriban Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik edir.
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.
2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilmişdir.
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva “İlin qadını” adına layiq görülmüşdür.
2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülmüşdür.
2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
Mehriban Əliyeva 92.12% (23106 səs) səs toplayaraq 2005-ci il noyabrın 6-da 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən deputat seçilmişdir.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan etmişdir.
Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.
Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülmüşdür.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülmüşdür.
Ailəlidir, iki qızı, bir oğlu var.

Zərif cinsin praqmatik işləri

Ümummilli lider Heydər Əliyevin ailəsindəki başlıca həyat prinsipi xalqa, millətə xidmət və sədaqət olub. Bu baxımdan ölkə başçısı İlham Əliyevin bu gün xalqına xidmət amalını bir ailə ənənəsi kimi qiymətləndirsək yanılmarıq. Azərbaycan Prezidentinin rəhbərliyi ilə bütün sahələr üzrə həyata keçirilən siyasət ulu öndərin müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Bu işdə dövlət başçısının ən yaxın silahdaşı isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Onun ölkədə təhsilə, mədəniyyətə, səhiyyəyə verdiyi töhfələr əvəzsizdir. Müasir dövrümüzdə Azərbaycan qadınının ən fəal nümayəndəsi kimi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı örnək göstərmək olar. Etiraf olunmalıdır ki, dünya ictimaiyyəti Azərbaycan qadınını məhz Mehriban xanım Əliyevanın siması və xoşməramlı fəaliyyəti ilə tanıyır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun xətti ilə, hətta respublikamızın ən ucqar nöqtəsində belə inşa və bərpa edilən məktəb binaları, səhiyyə və tibb məntəqələri, ümumiyyətlə, birinci xanımın istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadınının daxili dünyasının zənginliyi, elmi təfəkkürünün aliliyi və mərdliyindən xəbər verir.
Ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlanıb həyata keçirilib. Məhz bu fondun əməli fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı bir sıra işlər artıq öz həllini tapıb. Fond Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə də öz yardımını əsirgəməyib. Respublikada və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etməklə yanaşı, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərinin təşkililə bahəm sadalaya biləcəyimiz çoxsaylı layihələrin müəllifi və dəstəkçisi olub.
Ölkənin birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondu gələcəyimiz olan körpələrə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Hər zaman kimsəsizlər və körpələr evlərində olan Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın bu addımını da müstəqil Azərbaycanda böyüməkdə olan körpələrin sağlam və etibarlı əllərdə tərbiyə olunmasına bir daha əmin olmaq istəyi kimi də dəyərləndirmək olar.
Mehriban xanımın gələcək nəslin nümayəndələrinə olan diqqət və qayğısı tək Azərbaycanın hüdudları ilə kifayətlənmir. Xatırladaq ki, Heydər Əliyev Fondunun “Təhsilə Dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində qızlar üçün orta məktəb binası istifadəyə verilib. Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə inşa olunan yeni bina 2005-ci ilin oktyabrında baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin yenisi ilə əvəzlənməsinə imkan yaradıb.

Xeyriyyəçi xanım, nəcib insan

Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur
“Xeyriyyəçilik” - insanların təfəkküründə şəfqət, ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək, halına yanmaq kimi keyfiyyətlərlə ehtiva olunur.
Bu gün müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etdirilir. Tarixi ənənələrimizi dirçəldən və inkişaf etdirən, sosial-mənəvi tərəqqi üçün səmərəli vasitə yaradan xeyriyyəçilik institutunun rəhbəri isə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevadır.
Mehriban xanım Əliyevanın bu sahədə müxtəlif istiqamətli və produktiv fəaliyyətinin nəticələri təkcə ölkə sərhədləri ilə məhdudlaşmayaraq, hüdudlarımızdan çox-çox uzaqda da geniş ictimai əks-səda doğurub.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist dəyərlərə söykənərək Ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması istiqamətində ardıcıl fəaliyyət sərgiləyir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində ulu öndərin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq milli-mənəvi və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da möhkəmlənməsinə çalışır.
Azərbaycanın birinci xanımının fəaliyyət xəttinə nəzər saldıqda konkret kompleksləşdirilmiş tədbirlər yolu görünür. Yəni, Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəli olmasına baxmayaraq, bütün bu əməli addımlar yalnız bir nöqtəyə vurur: Azərbaycan xalqının zəngin mədəni-mənəvi irsinin qorunub saxlanılması və təbliğ edilməsi.
Bu gün Azərbaycanda Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xeyriyyəçilik sektorunun köhnə filantropiyaya xas olan paterkalizm ruhundan azad olunması və onun mütəşəkkil, ölkə miqyasında konsolidasiya edilmiş, öz standartları, infrastrukturu və texnologiyaları olan müasir “sənaye”yə çevrilməsini müşahidə edirik.

Onun ailəsi

Mehriban Əliyeva alim ailəsində anadan olub. O, yazıçı Mir Cəlal Paşayevin nəvəsidir. Atası Arif Paşayev isə, fizika-riyaziyyat elmlər doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva (1939-1993) görkəmli filoloq və ərəbşünas idi. Mehriban xanım prezident İlham Əliyev ilə 1984-cü ildə ailə qurmuşdur. Üç övladı var: qızları Leyla ilə Arzu və oğlu Heydər.

Gözəlliyi ilə dünyanı heyran qoyan “First Lady”

Ulu Şərqlə yanaşı, qloballaşan Avropanın da ən ali saydığı demokratik dəyərləri özündə birləşdirən Mehriban xanım Əliyeva fenomeni bütün məqamlarda diqqəti cəlb edir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xarici görünüşü, hər zaman formada qalması və geyim tərzinə görə digər dövlətlərin birinci xanımlarını kölgədə qoyur. Hətta dünya mətbuatı onun gözəlliyini tərənnüm etməkdən zövq alır.
Rumıniyanın «Evenimentul Ziley» qəzeti yazır: «Viktoriya palatasında NATO sammitinin qonaqlarına verilən ziyafətə 40-dək ölkədən nümayəndə dəvət olunmuşdu. Azərbaycan prezidentini gözəlliyi ilə zaldakıların diqqətini cəlb edən xanımı Mehriban Əliyeva müşayiət edirdi. BMT baş katibi Pan Ki Mun, Avropa Şurasının komissarı Xavyer Solana da dəvətlilər sırasında idi. Ziyafətdə Rumıniyanın keçmiş prezidenti İon İliesku və Emil Konstantinesku da iştirak edirdi».
«Adeverul» qəzetində dərc olunan məqalə sammit iştirakçılarının qarşılanmasından yazır: «14.30-dan sonra Otopen aeroportunda tanınmış şəxslərdən kansler Angela Merkel, Britaniyanın baş naziri Qordon Braun, Fransa prezidenti Nikolya Sarkozi və digərləri yerə endi. Prezident İlham Əliyev isə gələn ilk rəsmi şəxs idi. «Prezident İlham Əliyevin mindiyi təyyarə Henri Koande aeroportunda yerə endi. Azərbaycan prezidenti xanımı Mehriban Əliyeva ilə gəlmişdi». Rumıniyanın «Adeverul» qəzeti yazır ki, rəsmi qarşılanmada iştirak edən hər bir şəxs, o cümlədən jurnalistlər və təhlükəsizlik xidmətinin əməkdaşları Azərbaycan prezidentini müşayiət edən rəsmi kolon gedəndən uzun müddət sonra da Mehriban xanımın gözəlliyindən danışırdı. «Azərbaycanın birinci xanımı dünənki, gecənin ən gözəl xanımı idi». M
ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO, İSESCO və İKT-nin xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva haqqında dərc etdiyi məqalədə yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı UNİCEF-in uzunmüddətli xoşməramlı səfiri olmuş, məşhur Hollivud ulduzu Audrey Hepburnla müqayisə edən müəllif onun Azərbaycan qadınları üçün nümunə olduğunu yazıb. Məqalədə bildirilir ki, Bakıda “Qadınların mədəniyyətlərarası dialoqun dərinləşməsində artan rolu”na həsr olunmuş beynəlxalq konfransın iştirakçıları qarşısında 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çıxış edən Mehriban Əliyeva Şərq dünyasında ilk seçmək hüququnun məhz Azərbaycan qadınına verildiyini bir neçə dəfə vurğulayıb. Müəllif qeyd edib ki, məhz 1918-ci ildə Azərbaycan qadınlarına verilən hüquqların müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə də təsiri olub.

Nurlana Əliyeva
Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Filologiya elmləri doktoru, professor.