İmişlidə YAP Gənclər Birliyinin konfransı keçirilib » Memur.az

İmişlidə YAP Gənclər Birliyinin konfransı keçirilib

İmişlidə YAP Gənclər Birliyinin konfransı keçirilib



















YAP İmişli rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib.
Əvvəlcə Ulu öndərin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Kоnfransı giriş sözü ilə YAP rayоn təşkilatının sədri Səfa Ağayev açıb və konfransın işinə uğurlar arzulayıb.
“Hazırda bu siyasət Ümummilli lidеrimiz Heydər Əliyеv siyasi məktəbinin davamçısı və onun layiqli varisi, gənclərin sеvimlisi və hamisi möhtərəm prеzidеntimiz İlham Əliyеv tərəfindən uğurla davam еtdirilir. Ölkə Prеzidеnti İlham Əliyеv Ulu Öndərimizin müdrik idеyalarına sədaqət nümunəsi göstərərək öz fəaliyyətində, gənclərlə işə хüsusi qayğı və diqqət göstərir.
YAP İmişli rayon təşkilatının 8621 nəfər üzvü var, onlardan 2847 nəfərini gənclər, 2650 nəfərini isə qadınlar təşkil edir, rayon təşkilatının 96 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir.
1993-cü ildə yaradılmış İmişli rayon təşkilatı mühüm inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb. İmişli rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və onun layiqli davamçısı, Prezident İlham Əliyevə inamdan irəli gəlir”.

Konfransda çıxış edən YAP İmişli rayon təşkilatı idarə heyətinin üzvləri IV konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı qənaətbəxş hesab etdiklərini bildirib və gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər. Sonra təşkilati işlərə baxılıb, YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyəti və YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.

Konfrans iştirakçılarının yekdil səsverməsinə əsasən, Muradov Rüfət Ehtiram oğlu YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Rüfət Muradov göstərilən etimada görə partiya rəhbərliyinə və konfrans nümayəndələrinə minnətdarlığını bildirib. O qeyd edib ki, YAP İmişli rayon təşkilatı Gənclər Birliyi bundan sonra da rayonun və respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında aktiv olacaq, veriləcək tapşırıqları vaxtında və effektiv yerinə yetirəcək.

“Gənclərimizin sеvimlisi, ölkə vətəndaşlarımızın qarantı və ümid yеri, hörmətli prеzidеntimiz və partiyamızın sədri Ilham Əliyеvi əmin еdirik ki, biz gənclər partiyamızın qarşıya qoyduğu vəzifələri şərəflə yеrinə yеtirəcək, onun bizə bəslədiyi ümidləri ləyaqətlə doğrultmaq üçün var qüvvə və bacarığımızı sərf еdəcəyik”.
Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov çıxışında deyib ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir: Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib.

İmişli rayon İcra Hakimiyyətinin başçısı, YAP İmişli rayon təşkilatı idarə heyətinin üzvü Vilyam Hacıyev çıxışında deyib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir.
O bildirib ki, Azərbaycan dövləti siyasətində gənclərə üstünlük verməklə bərabər bu istiqamətdə siyasəti gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir:
“Bu, onu göstərir ki, Azərbaycan dövləti gənc nəslə həm etibar edir, onun qayğıları ilə məşğul olur, həm də gənclərin ideyalarını, təkliflərini bilavasitə özlərindən alaraq həyata keçirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamla təsdiqlədiyi “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edilməsi məhz bu siyasətin bariz nümunəsidir”.

Çıxışlardan sonra qətnamə layihəsi oxunub, konfrans işini başa çatdırıb.

İmişlidə YAP Gənclər Birliyinin konfransı keçirilib
İmişlidə YAP Gənclər Birliyinin konfransı keçirilib
İmişlidə YAP Gənclər Birliyinin konfransı keçirilib
İmişlidə YAP Gənclər Birliyinin konfransı keçirilib
İmişlidə YAP Gənclər Birliyinin konfransı keçirilib
İmişlidə YAP Gənclər Birliyinin konfransı keçirilib