Şəkidə kənd təsərrüfatı texnikaları 40% güzəştlə satılır » Memur.az

Şəkidə kənd təsərrüfatı texnikaları 40% güzəştlə satılır

Şəkidə kənd təsərrüfatı texnikaları 40% güzəştlə satılırAqrar Kredit və İnkişaf Agentliyi regionlarda kənd təsərrüfatı texnikası yarmarkaları keçirir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Şəkidə keçirilən yarmarka iki gün davam edəcək.

Aqrar Kredit və İnkişaf Agentliyinin təşkil etdiyi yarmarkada texnika təchizatçıları ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsullarını təsərrüfat sahiblərinə və fermerlərə təqdim ediblər.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, kənd təsərrüfatı texnikaları fermerlərə güzəştli şərtlərlə, beş illik faizsiz kreditlə verilir. Bundan başqa texnika qiymətinin 40 faizi dövlət tərəfindən ödənilir.

Yarmarkada fermerlərə daha müasir və iş qabiliyyəti daha yüksək olan kənd təsərrüfatı kombaynları, traktorlar və aqreqatlar təklif olunub.