Məmmədyarov: Demokratik dövlət başqa ölkənin ərazisini işğal edə bilməz » Memur.az

Məmmədyarov: Demokratik dövlət başqa ölkənin ərazisini işğal edə bilməz

Məmmədyarov: Demokratik dövlət başqa ölkənin ərazisini işğal edə bilməzÖzünü demokratik adlandıran yeni Ermənistan hökuməti siyasi iradənin formalaşması üçün yeni imkanlar yarada bilər.

Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı proqramının onilliyinə həsr olunmuş “Şərq Tərəfdaşlığının 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyətlər və çağırışlar” adlı panel çərçivəsində etdiyi çıxışda danışıb.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmaqdan ötrü daha ciddi, substantiv danışıqlara başlaya bilərik, belə ki, demokratik dövlət başqa bir dövlətin ərazilərini işğal edə bilməz”, - deyə Məmmədyarov vurğulayıb.

Azərbaycanlı diplomatın sözlərinə görə, Şərq Tərəfdaşlığı ölkələri Avropa İttifaqı ilə əməkdaşlığı daha da möhkəmləndirmək fikrindədirlərsə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmağa çalışmalıdırlar:

“Şərq Tərəfdaşlığı üçüncü ölkələrin maraqlarına hədəflənməyib, biz hamımız öz ölkələrimizin maraqlarını güdürük. Azərbaycanla bağlı vəziyyət belədir”.

Məmmədyarov bir daha Şərq Tərəfdaşlığı ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakının vacibliyini vurğulayıb.

“Bu gün səhər yeməyində, daha sonra isə danışıqlarda Avropa İttifaqı komissarı Yohanes Xanla, bununla bağlı hansı layihələri gerçəkləşdirə biləcəyimizi müzakirə etdik”, - deyə nazir vurğulayıb.