Xorvatiyanın XİN rəhbəri Bakıya gəlib » Memur.az

Xorvatiyanın XİN rəhbəri Bakıya gəlib

 Xorvatiyanın XİN rəhbəri Bakıya gəlibXorvatiya baş nazirinin müavini , Xarici və Avropa Əlaqələri üzrə naziri Mariya Peyçinoviç-Buriç Azərbaycana səfərə gəlib. Bu barədə Report məlumat yayıb.

Nazir səfər çərçivəsində aprelin 29-da Bakıda keçiriləcək Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edəcək.Daha sonra xanım nazirin iştirakı ilə Xorvatiyanın Bakıdakı (Xaqani küçəsi 45A, Landmark II, 3-cü mərtəbə) səfirliyinin açılış mərasimi keçiriləcək.

Mərasimdən sonra isə sərgi və rəsmi qəbul təşkil olunacaq.