Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz inkişaf yolu keçib » Memur.az

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz inkişaf yolu keçib

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz inkişaf yolu keçib



















Azərbaycan Respublikasının dinamik iqtisadi inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə edilməsini şərtləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti sayəsində, demək olar ki, 16 il ərzində Azərbaycan, sözün həqiqi mənasında, əzəmətli inkişaf mərhələsi keçmişdir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı üçqat artımında ifadə olunub, yoxsulluq səviyyəsi təxminən dəfələrlə aşağı salınıb, bir milyondan çox yeni iş yerləri açlıb. Məhz bu uğurlu siyasətin və əldə edilmiş nailiyyətlərin fonunda cari il ərzində də Azərbaycanın inkişafı davam edib. Sosial-iqtisadi sahələrdə əldə edilən nailiyyətlər – iqtisadiyyatın inkişafı hər şeydən əvvəl sosial rifahın daha da yaxşılaşmasında ifadə olunub. Azərbaycanın sosial dövlət mahiyyətindən irəli gələrək əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin sosial-iqtisadi inkişaf nöqteyi-nəzərindən əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bütövlükdə, Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəmizin iqtisadi modelinin bir çox əhəmiyyətli parametrlərini müəyyənləşdirir. Bu parametrlər içərisində Azərbaycan iqtisadiyyatının dayanıqlılığı, rəqabət qabiliyyətinin yüksəlməsi və bu meyara görə Azərbaycanın dünyada əhəmiyyətli yer tutması ilə səciyyələndirilə bilər.
Beləliklə, cari il ərzində həyata keçirilən tədbirlər, institusional islahatlar və qazanılmış uğurlar Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub. Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli və əzəmətli bir dövlət kimi çıxış etməkdədir. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini artırıb.
Bütün bunların məntiqi nəticəsi kimi əldə edilən uğurlar milli qürur hissini daha da artırıb. Azərbaycanda yeni bir cəmiyyət formalaşmaqdadır. Bu cəmiyyət müasirliyi, daxili birliyi, sabitliyi və gələcəyə inamlı baxışları ilə fərqlənir.
Əvvəla onu qeyd etmək istəyirəm ki, dövlət tərəfindən müəyyən olunmuş prioritetlər sırasında regionların inkişafı xüsusi yer tutur. Bu sahədə islahatlar aparılır, yeniliklər tətbiq edilir. Bu, fasiləsiz prosesdir və həmişə davam edəcək. İqtisadi inkişiaf sahəsində həyata keçirilən islahatlar bütövlükdə Prezident İlham Əliyevin modernləşmə və yeniləşmə siyasətinin tərkib hissəsi kimi qəbul edilir.
Hər bir ölkənin ictimai-siyasi vəziyyətini müəyyənləşdirən əsas amil onun iqtisadi durumudur. Qeyd etdiyim kimi, Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir və 2019-cu ildə də ölkəmizin iqtisadi inkişafı yüksək tempini saxlayıbdır. Beləliklə də, Azərbaycan iqtisadiyyatının yüksəlişi, iqtisadiyyatın inkişafı ilə əlaqədar cəmiyyətin digər sahələrində baş verən müsbət dəyişikliklər ölkənin bütövlükdə ictimai-siyasi və mənəvi-psixoloji durumunu müəyyənləşdirir. Əgər ümumi xarakteristika verməli olsaq, bütövlükdə, ölkəmizdəki ictimai-siyasi sabitliyi ayrıca vurğulamaq lazım gələcəkdir. Bu da ondan ibarətdir ki, Azərbaycanın iqtisadi durumu, iqtisadi durumunun formalaşdırdığı sosial vəziyyət ölkə vətəndaşlarının mütləq əksəriyyətini öz hökumətindən, dövlətindən məmnun salacaq gerçəkliyi formalaşdırıbdır. İnsanlar hökumətdən, hakimiyyətdən razıdırlar, bu da ictimai-siyasi sabitliyin əsasını təşkil edir.
Azərbaycan özünün sürətli inkişafı, sahib olduğu zəngin təbii resursları və əlverişli geopolitik mövqeyi ilə regional miqyasda və beynəlxalq müstəvidə diqqəti cəlb edən dövlətə çevrilib. Bütün bunlar Azərbaycana olan marağı artırıb. Beləliklə, ayrı-ayrı dövlətlər Azərbaycan vasitəsilə ölkəmizin yerləşdiyi bölgədə öz maraqlarını həyata keçirmək üçün müəyyən cəhdlər edirlər. Bu, əvvəllər də olubdur, bu gün də müşahidə olunur, şübhəsiz, gələcəkdə də baş verəcəkdir. Bu, ümumiyyətlə, dünya praktikasında rast gəlinən bir gerçəklikdir. Amma qəribə məqamlar ondan ibarətdir ki, bu gün ayrı-ayrı dövlətlərin Azərbaycana yönəlik bu yanaşmaları bir az daha intensivləşib. Bu intensivləşmənin kökündə dayanan əsas reallıq ondan ibarətdir ki, Azərbaycan regionun lider dövlətinə, ən qüdrəli ölkəsinə çevrilibdir. Bu gün cənubi Qafqaz iqtisadiyyatının əhəmiyyətli bir hissəsi Azərbaycana mənsubdur. Və Azərbaycan iqtisadiyyatının sürətli inkişafı belə bir fikir söyləməyə imkan verir ki, yaxın zamanlarda bütövlükdə cənubi Qafqazın iqtisadiyyatı dedikdə əsas etibarilə Azərbaycan iqtisadiyyatı başa düşüləcək. Digər tərəfdən, Azərbaycanın demoqrafik inkişafı da, əhalisinin sürətlə artması da ölkəmizin regionda rolunu və əhəmiyyətini ciddi şəkildə artırıbdır. Digər tərəfdən, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsi Azərbaycanın həm regional, həm də regiondankənar proseslərdə rolunu artırıb və mövqeyini möhkəmləndiribdir. Bu isə öz növbəsində Azərbaycana olan marağı daha da gücləndiribdir. Beləliklə, qeyd etdiyim kimi, müxtəlif vasitələrdən istifadə edərək Azərbaycan vasitəsilə bölgəmizlə bağlı maraqların reallaşdırılması istəkləri güclənir.
Xüsusilə də, bu sırada ayrı-ayrı beynəlxalq təşkilatların və böyük dövlətlərin ikili standartlar siyasətini müşahidə edirik. Bu, həm Azərbaycandakı daxili siyasi proseslərə müdaxilə edərək qərəzli, subyektiv münasibət göstərməkdə, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətsiz mövqe tutmaqda özünü göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti sayəsində ötən müddət ərzində əldə edilmiş nailiyyətlər gələcəyə optimist baxmağa imkan verir. Bu baxımdan, Azərbaycanın inkişafı nöqteyi-nəzərindən kifayət qədər uğurlu, səmərəli və məhsuldar olacağını düşünürəm. Əlbəttə, ayrı-ayrı sahələrdə həyata keçirilən islahatlar davam etdiriləcək, bunun fonunda iqtisadi, siyasi, mədəniyyət, idman müstəvisində ardıcıl uğurlar əldə ediləcək.

Qasımov Arif Adil oğlu
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı


Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz inkişaf yolu keçib