Vitse-spiker: Tələbə yataqxanalarının tikintisində TİT modelindən istifadə olunsun » Memur.az

Vitse-spiker: Tələbə yataqxanalarının tikintisində TİT modelindən istifadə olunsun

Vitse-spiker: Tələbə yataqxanalarının tikintisində TİT modelindən istifadə olunsunParlamentdə tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb.

Oxu.Az xəbər verir ki, bu təkliflə Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında vitse-spiker Valeh Ələsgərov çıxış edib.

Vitse-spiker bununla bağlı “Tik-idarə et-təhvil ver” (TİT) modelindən istifadəni məqsədəuyğun hesab edib.

V.Ələsgərov bildirib ki, bu modellə bağlı 2016-cı ildə MM tərəfindən qanun qəbul olunub.

“Dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur: körpülər, tunellər, hava limanları tikilir”, - deyən V.Ələsgərov bildirib ki, MM bu qanuna əlavələr edərək, tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər.