İlham Əliyev – uğurlu lider, düşünülmüş strategiya » Memur.az

İlham Əliyev – uğurlu lider, düşünülmüş strategiya

İlham Əliyev – uğurlu lider, düşünülmüş strategiya














Musa Şəkiliyev - böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Musa Şəkiliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Qax Rayonu İcra Hakimiyyəti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Musa Şəkiliyevin gərgin əməyi və zəhməti sayəsində Qax sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Qax rayon İcra Hakimiyyəti Başçısı cənab Musa Şəkiliyevin bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Qaxın əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan Memur.az-ın elektron poçtuna ünvanlanan məktublarda Qax RİH-nin başçısı Musa Şəkiliyevin fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.
Qax Rayon İcra Hakimiyyəti başçısı Musa Şəkiliyev bildirdi ki, bölgələrdə və ölkəmizdə gedən surətli inkişaf mərhələsi məhz Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi qayğı nəticəsində əldə olunmuşdur.

-İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim etdi. Yəni məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Beləliklə radikalizmi, siyasi şantaj və ekstremizmi siyasi sistemimizdən çıxardı.
İlham Əliyev siyasi sistemimizə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi.
İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi.
İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri "idarə olunan xaos" planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu.
İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri "lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə" siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi.
İlham Əliyev neft kapitalını intelektual kapitala çevirək şüarı ilə krieativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirməklə Azərbaycanın gələcək inkişafını təmin etdi.
Prezident İlham Əliyev XXI əsrdə nəhəng transmilli layihələri həyata keçirməklə ən güclü rəqiblərinin kürəyini yerə vurdu və bu layihələri müstəqilliyimizin təminatçısına çevirdi.
İlham Əliyev – uğurlu lider, düşünülmüş strategiya















Tarixi İpək Yolunu bərpa etmək üçün bütün müqavimətlərə və rəqabətə baxmayaraq, Bakı-Tiblisi-Qars dəmiryolu xəttinin çəkilişinə nail oldu. Bu strateji qərar ilə türk dünyasını dəmir kəmərlə bir-birinə bağlamaqla onların iqtisadi birliyini təmin etdi. Eyni zamanda, bu layihə Azərbaycanı Asiyaya və Avropaya polad raylarla bağlamış oldu.
XXI əsrin iqtisadi möcüzələri sayıla biləcək TANAP və TAP layihələrini reallaşdırdı. Bu layihələrin reallaşması üçün diplomatiya tarixində görünməmiş təzyiqlərə, hətta təhdidlərə belə məruz qalmasına baxmayaraq, çox nəhəng ölkələrin dizini yerə gətirdi. Beləliklə, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələrinin müəllifi kimi tarixə düşdü.
Ölkəmizdə və xaricdə böyük investisiya layihələri həyata keçirməklə iqtisadiyyatımızın neftdən aslılığına son qoydu. Azərbaycanı kosmik sənaye ölkəsinə çevirdi.
Prezident İlham Əliyev milli təhlükəsizliyin təmin edilməsi üçün tarixi strateji qərarlar qəbul etdi.
Azərbaycanda ilk dəfə hərbi sənaye kompleksləri yaratdı. Beləliklə müharibə vəziyyətində olan və ərazisinin 20 faizi işğal edilmiş bir ölkənin silah idxalından asılılığına böyük ölçüdə son qoydu.
Ölkəmizdə xüsusi dövlət proqramları qəbul edərək ərzaq təhlükəsizliyimizi təmin etdi. Bununla da milli iqtisadi resurslarımızın sadəcə qida ehtiyatlarına sərf edilməsinin qarşısını almaqla milli gücümüzü artırmış oldu.
Oğuz-Qəbələ-Bakı su kəmərini çəkməklə və "Taxtakörpü" su anbarını yaratmaqla XXI əsrin ən qlobal problemi kimi səciyələndirilən içməli su problemini strateji şəkildə birdəfəlik həll etdi. Beləliklə, öz siyasi-inzibati ərazimizdə formalaşan su mənbələri hesabına su təminatı məsələsini milli təhlükəsizliyimizin problemi kimi gündəlikdən birdəfəlik çıxardı.
Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir.
İlham Əliyev – uğurlu lider, düşünülmüş strategiya
















Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri ilk növbədə insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Ulu öndər Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb.
Siyasi liderlər müxtəlif meyarlar əsasında bir neçə qrupda təsnif edilir. İlk növbədə, təsdiqinə görə siyasi liderlər formal və qeyri-formal (rəsmi və qeyri-rəsmi) olmaq etibarilə iki qrupda təsnif edilir. Formal liderlər inzibati qayda və resurslarla müəyyən quruma rəhbərlik edən şəxslərdir ki, onların rəhbərliyi rəsmi xarakter daşıyır və nüfuz-təsir imkanları bilavasitə rəsmi, inzibati resursların fonunda müəyyən edilir.
Qeyri-formal liderlərin isə rəsmi, inzibati resurslarla quruma rəhbərlik etməsi şərt deyil. Onlar şəxsi keyfiyyətləri və nüfuzları, harizmatik xüsusiyyətləri ilə müəyyən qurum və qrup tərəfindən lider kimi qəbul edilirlər. Bəzən bir şəxs həm formal, həm də qeyri-formal lider statusu daşıya bilir. Məsələn, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Heydər Əliyev formal və qeyri-formal lider statusu daşımağa başladı. Əgər müstəqilliyin ilk iki ilində O, ölkəyə rəhbərlik etmədiyi zaman kəsiyində şəxsi nüfuzu, keyfiyyətləri və harizması ilə qeyri-formal lider idisə, 1993-cü ildən sonra xalqın seçimi nəticəsində həm formal, həm də qeyri-formal lider statusu daşımağa başladı. Eləcə də, Prezident İlham Əliyev ötən dövrdəki uğurlu fəaliyyəti ilə, qazandığı yüksək nüfuzu ilə Azərbaycan xalqının həm rəsmi, həm də qeyri-rəsmi lideri olduğunu sübuta yetirib.
İlham Əliyev – uğurlu lider, düşünülmüş strategiya





















Bir məqama xüsusi olaraq toxunmaq lazımdır ki, ayrı-ayrı ölkələrdə prezident seçildikdən sonra ölkə rəhbəri rəsmi lider hesab olunur. Lakin müəyyən zaman keçdikdən sonra onun reytinqi aşağı düşməyə başlayır və müxalifətdə olan hansısa siyasətçinin reytinqi onu üstələyir. Bu zaman müxalifətdə olan siyasətçi xalqın qeyri-rəsmi liderinə çevrilir. Prezident İlham Əliyev isə, qeyd etdiyimiz kimi, Azərbaycan xalqının rəsmi lideri olmaqla yanaşı, həm də qeyri-rəsmi lideridir. Ötən 15 il ərzində nəinki Onun reytinqi xalq arasında aşağı düşüb, əksinə daha da artıb. Bu sosial-siyasi göstərici ölkə rəhbərinin effektiv fəaliyyətinin nəticəsidir.
İlham Əliyev – uğurlu lider, düşünülmüş strategiya





















Xüsusi olaraq vurğulamaq gərəkdir ki, müstəqil siyasət əsas etibarilə ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən, bütövlükdə, onun istinad etdiyi rasional davranış modelindən asılıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür: "Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır".
Cənab İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycanın bu illər ərzindəki ən böyük uğuru müstəqillik yolundan dönməməsindən ibarətdir: "Müstəqillik sadəcə olaraq, dövlət atributları deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük olmayan ölkələr üçün bu, daha aktualdır. Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaqdır. Bizim təcrübəmiz onu göstərir ki, bu, mümkündür".
Göründüyü kimi, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Xarici siyasi əlaqələrini respublikamız siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda, ölkəmizin iqtisadi gücü elə bir səviyyəyə çatıb ki, dünya bazarlarında baş verən kəskin dəyişikliklərin, böhranların təsir gücü ən aşağı həddədir. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir. Ölkədə, həmçinin, əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub. Bu səbəbdən də müəyyən xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək, daxili sabitliyi pozmaq cəhdləri hər dəfə uğursuzluğa düçar olur.
Azərbaycan bir sıra təzyiqlərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlarında da prinsipial mövqe nümayiş etdirir. Bir məqama da xüsusi olaraq toxunmaq gərəkdir ki, Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir.
2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin artan siyasi nüfuzundan xəbər verir. Doğrudur, hələ də Azərbaycanın müstəqil siyasət yürütməsindən narahat olan, ölkəmizin inkişafını, güclənməsini həzm edə bilməyən qüvvələr mövcuddur. Lakin əminliklə söyləmək olar ki, Azərbaycanın qətiyyətli iradə göstərməsi nəticəsində həmin qüvvələr əvvəl-axır gerçəkliklə barışmalı olacaqlar.
Ümumiyyətlə, güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta müəyyən mənada, qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda cərəyan edən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuz sahibinə çevrilib. Azərbaycanın rolu artaraq təkcə regional səviyyədə deyil, regionlararası inteqrasiya proseslərində də öz sözünü deyən mühüm faktora çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini təkcə coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir.
Qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin xarici siyasət strategiyası dünya ictimaiyyəti tərəfindən təqdir olunan model kimi səciyyələndirilir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. Ölkəmizin tutduğu inkişaf yolu milli mənafeyi ifadə etməklə yanaşı, bölgənin inkişafına və sabitliyinə də xidmət edir. Buna görə də Azərbaycanın iqtisadi, hərbi, mədəni və digər sahələrdə həyata keçirdiyi siyasət təkcə özünün deyil, əməkdaşlıq etdiyi qonşu regionlardakı ölkələrin də inkişafına şərait yaradır.
İlham Əliyev – uğurlu lider, düşünülmüş strategiya



















Bu isə, ilk növbədə, Azərbaycanın gücünü, qüdrətini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz böyük regional amilə çevrilib: "Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir".
Bir məqama xüsusi olaraq toxunmaq gərəkdir: müasir dövrdə dünya siyasətinin əsas meyil və istiqamətlərini müəyyənləşdirən güc mərkəzləri beynəlxalq münasibətlər sistemini inhisara almaq, beləliklə, dünyanı vahid mərkəzdən idarə etmək üçün xüsusi fəaliyyət göstərirlər. Bu sırada qlobal dövlətin formalaşdırılması, yeni növ hakimiyyət forması olan netokratiyanın (şəbəkə hakimiyyəti) hegemoniyasının təmin edilməsi xüsusi yer tutur. Belə olan halda, dünya siyasətinin ənənəvi funksional aktoru olan milli dövlətlərin əyalətə çevrilməsi, onlara daha çox asayiş qoruyucusu funksiyasının verilməsi strateji məqsədlər qismində çıxış edir. Bu gün Yaxın Şərq və Şimali Afrikada baş verən proseslər söylədiyimiz fikrin praktik gerçəklikləri kimi səciyyələndirilə bilər.
Beynəlxalq güclər asayiş qoruyucusuna çevirməyə çalışdıqları milli dövlətlərdə cəmiyyət daxilində ideoloji, siyasi və dini platformada qütbləşmələr yaradırlar, gizli idarə edilən konfliktlər vasitəsilə xaos və anarxiya mühiti formalaşdırırlar. Bu, məhz idarə edilən xaosdur...
Şübhəsiz, Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktorudur və özünün milli maraqlarına müvafiq olaraq beynəlxalq sistemə inteqrasiya olunur. Belə olan təqdirdə, infoimperializmə qarşı etibarlı müdafiə mexanizmi formalaşdırmaq və ölkəmizi, cəmiyyət nümayəndələrini, ayrı-ayrı strateji obyektləri kənar təsirlərdən qorumaq lazımdır. Burada isə aparıcı faktor məhz ölkəyə rəhbərlik edən şəxsin həyata keçirdiyi idarəetmə strategiyasının nə dərəcədə səmərəli olmasıdır. Tərəddüdsüz qeyd etmək olar ki, Azərbaycan xalqının alternativsiz lideri olan cənab İlham Əliyevin milli maraqları, xalqın ali mənafeyini, ölkəmizin suverenliyini qətiyyətlə qoruması infoimperializmin Azərbaycana qarşı mümkün neqativ təsirlərini neytrallaşdırıb.
Eyni zamanda, Azərbaycan cəmiyyətində idarə edilən xaosun, separatçı hərəkətlərin yaradılmasına, sosiumun dini, ideoloji və siyasi platformada qütbləşməsinə imkan verilməyib. Məlum olduğu kimi, ölkəmizə şimaldan etnik, cənubdan isə dini separatizm meyilləri gətirilməyə çalışılıb, eləcə də Qərbdən mədəni-ideoloji təsirlər yaradılması cəhdləri qeydə alınıb. Lakin Prezident İlham Əliyevin rasional idarəetmə strategiyası sayəsində bütün bu neqativ faktorların neytrallaşmasına nail olunub. Beləliklə, Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə öz müstəqilliyini qorumağa müvəffəq olub və müasir beynəlxalq münasibətlər sistemində suveren aktor kimi çıxış etməkdədir.
Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Eyni zamanda, bəhs olunan xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaşa çevirib.
Bütün bu uğurların tək bir müəllifi var o da, Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı İlham Heydər oğlu Əliyevdir. Biz həmişə prezidentimiz ətrafında sıx birləşməliyik və ona bu işdə köməkliyimizi əsirgəməməliyik.
Yaşa hörmətli Prezidentimiz!

Musa Şəkiliyev
Qax Rayon İcra Hakimiyyətinin başçısı