NATO Dağlıq Qarabağda keçirilən “seçkilərin” nəticələrini tanımadı » Memur.az

NATO Dağlıq Qarabağda keçirilən “seçkilərin” nəticələrini tanımadı

NATO Dağlıq Qarabağda keçirilən “seçkilərin” nəticələrini tanımadı

"NATO ötәn gün Dağlıq Qarabağda keçirilәn "seçkilәr"in nәticәlәrinin Dağlıq Qarabağın hüquqi statusuna tәsir edәcәyini vә ya Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәlli prosesinin nәticәsini әvvәlcәdәn müәyyәn edәcәyini qәbul etmir".

APA-nın mәlumatına görә, bu barәdә NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay özünün "facebook" sәhifәsindә yazıb.

“NATO ATӘT-in Minsk qrupunun seçki ilә bağlı bәyanatını dәstәklәyir. Biz Minsk qrupu çərçivəsində Azәrbaycan vә Ermәnistan prezidentlәri arasında dialoqun tez bir zamanda davam edәcәyini gözlәyirik", C. Appaturay qeyd edib.