Prezident xəstəxana təmirinə beş milyon manat ayırdı » Memur.az

Prezident xəstəxana təmirinə beş milyon manat ayırdı

Prezident xəstəxana təmirinə beş milyon manat ayırdıPrezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Sərəncama əsasən, 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Səhiyyə Nazirliyinə ilkin olaraq beş milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.