Tarix : 19-09-2018, 11:34 | Bölmə: siyaset

Zakir Həsənov Sergey Şoyquya başsağlığı veribAzərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyquya başsağlı ünvanlayıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Başsağlığında deyilir:

“Suriyda vurulmuş İl-20 təyyarəsinin ekipajının faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı. Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüzünlə başsağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

Oxşar xəbərlər