Nazir: Münaqişənin həllinin uzadılması onu daha da alovlandırır » Memur.az

Nazir: Münaqişənin həllinin uzadılması onu daha da alovlandırır

Nazir: Münaqişənin həllinin uzadılması onu daha da alovlandırırBu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, cəbhədəki mövcud vəziyyətə toxunan nazir qoşunların döyüş qabiliyyətinin, şəxsi heyətin döyüşə hazırlıq səviyyəsi, nizam-intizamı və döyüş növbətçiliyi zamanı sayıqlığının artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Zakir Həsənov bildirib ki, Ermənistanla münaqişənin həllinin uzadılması onun yenidən və daha geniş miqyasda alovlanmasına aparır:

“Münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə əsasən ədalətli həll olunmalıdır. Əks təqdirdə düşmən Azərbaycan xalqının əzmini və vətənpərvərliyini, eləcə də, Ordumuzun silahının gücünü öz üzərində hiss edəcəkdir”.

Memur.az