Azərbaycan Universitetinə yeni rektor təyin olundu » Memur.az

Azərbaycan Universitetinə yeni rektor təyin olundu

Azərbaycan Universitetinə yeni rektor təyin olundu

Azərbaycan Universitetinə (AU) yeni rektor seçilib. Ali məktəbdən verilən məlumatına görə, bu, 35 yaşlı Fərid Əhmədovdur. F. Əhmədov AU-nun Elmi Şurasının qərarı ilə bu vəzifəyə təyinat alıb. Yeni rektor Oksford Universitetinin məzunudur . Bu vəzifəyə təyin olunmazdan əvvəl F. Əhmədov “ADA” Universitetində müəllim kimi fəaliyyət göstərib. Oksfordda oxuyan zaman əcnəbilər üçün ayrılan təqaüdü qazanan çöx az saylı şəxslərdən biri olub.

Ali məktəbdən onu da bildiriblər ki, F. Əhmədov Azərbaycanın ən gənc rektorudur.
Keçmiş rektor Eldar Qəhrəmanov ali məktəbdə İnzibati idaerəetmə kafedrasının müdiri kimi çalışacaq.