Minlərlə ailə dağılıb - STATİSTİKA » Memur.az

Minlərlə ailə dağılıb - STATİSTİKA

Minlərlə ailə dağılıb - STATİSTİKA2018-ci ilin dörd ayı ərzində ölkədə 4868 boşanma halları qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 4896 təşkil edib.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumatda qeyd edilib ki, bu ilin yanvar-aprel aylarında ölkədə 20406 ölüm halı olub.

2017-ci ildə bu rəqəm 20684 olub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,5-dən 6,3-ə qədər azalıb.

Bu ilin dörd ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17715 nikah və 4868 boşanma halları qeydə alınıb.

Memur.az