Deputat: Həmsədrlər niyə susur?! » Memur.az

Deputat: Həmsədrlər niyə susur?!

Deputat: Həmsədrlər niyə susur?!Qarabağlı olmayan Paşinyan, eləcə də, bu qəbildən olan digər “yan”ların oğulları nə üçün Ermənistandan işğal altındakı Azərbaycan torpaqlarına hərbi xidmətə göndərilirlər?

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

“Ermənistanın baş naziri Nikol Paşinyan deyir ki, qarabağlı olmadığı üçün Azərbaycanla Dağlıq Qarabağ danışıqlarını o yox, separatçı rejimin rəhbərliyi aparmalıdır”, - deyən millət vəkilinin sözlərinə görə, bu haqda həmsədrlərin nə düşündüyü maraqlıdır:

“Maraqlıdır, Minsk qrupu həmsədrləri bu haqda nə düşünürlər?

Necə olur ki, Ermənistanın yeni baş naziri oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərir, ancaq sülh danışıqlarına gələndə bildirir ki, qarabağlı olmadığından, o, bu məsələyə qarışa bilməz?!

Onda qarabağlı olmayan Paşinyan, eləcə də, bu qəbildən olan digər “yan”ların oğulları nə üçün Ermənistandan işğal altındakı Azərbaycan torpaqlarına hərbi xidmətə göndərilirlər?! Həmsədrlər niyə susur?!”

Memur.az