Putin Poroşenkoya zəng vurub » Memur.az

Putin Poroşenkoya zəng vurub

Putin Poroşenkoya zəng vurubRusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Kremlin mətbuat katibi Dmitri Peskov telefon danışığının həqiqətən baş tutduğunu təsdiqləyib.

Məlumata görə, telefon söhbətində Poroşenko Rusiya həbsxanalarında cəza çəkən ukraynalıların aclıq aksiyasi keçirməsinə diqqət çəkib və onların azad edilməsini tələb edib.

“Prezidentlər ən yaxın zamanda hər iki ölkənin insan haqları müvəkkillərinin həbs olunan vətəndaşlara baş çəkməsi ilə bağlı razılığa gəlib”, - deyə Poroşenkonun mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd edək ki, Putinlə Poroşenko arasında sonuncu telefon danışığı 2018-ci ilin fevral ayında baş tutub.

Memur.az