Azərbaycan prezidenti Fransaya səfər edəcək » Memur.az

Azərbaycan prezidenti Fransaya səfər edəcək

Azərbaycan prezidenti Fransaya səfər edəcəkAzərbaycan prezidenti İlham Əliyev Fransaya səfər edəcək.

Oxu.Az-ın xəbərinə görə, bunu Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılışında çıxışı zamanı bildirib.

Jan-İv Lö Drian qeyd edib ki, bu il iyulun sonunda prezident İlham Əliyevin Parisə səfəri gözlənilir:

“Bu gün prezident İlham Əliyevlə görüşdə də bunu müzakirə etdik”.

Memur.az