Fransa XİN rəhbərinin Azərbaycana səfəri başlayıb » Memur.az

Fransa XİN rəhbərinin Azərbaycana səfəri başlayıb

Fransa XİN rəhbərinin Azərbaycana səfəri başlayıbFransa respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drianın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycana rəsmi səfəri başlayıb.

Oxu.Az-ın məlumatına görə, səfər çərçivəsində Fransa XİN başçısı ADR-nin 100 illik yubileyinə həsr edilmiş bir sıra tədbirlərdə iştirak edəcək.

Jan-İv Lö Drianın Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, xarici işlər naziri Elmar Məmmədyarov və maliyyə naziri Samir Şərifovla görüşü nəzərdə tutulub.

Görüşlər zamanı gündəmdə olan beynəlxalq məsələlər və ikitərəfli əlaqələr müzakirə ediləcək. Fransa və Azərbaycan arasında iqtisadi sahədə yeni sazişlərin imzalanacağı gözlənilir.

Memur.az