Deputat prezidentin Sərəncamı haqqında Oxu.Az-dan xəbər tutdu » Memur.az

Deputat prezidentin Sərəncamı haqqında Oxu.Az-dan xəbər tutdu

Deputat prezidentin Sərəncamı haqqında Oxu.Az-dan xəbər tutduBir az öncə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə millət vəkili, yazıçı-publisist Elmira Axundovaya “Xalq yazıçısı” fəxri adı verilib.

Oxu.Az-ın müxbiri bununla bağlı E.Axundovanın özü ilə əlaqə saxlamağa və Sərəncama münasibətini öyrənməyə çalışıb.

“Ölkə prezidentinin Sərəncamına münasibətiniz necədir?” sualını eşidərkən milliət vəkili bunu çaşqınlıq içində və təəccüblə qarşılayıb

“Nə Sərəncam? Hansı Sərəncamı deyirsiniz? Mən tədbirdəyəm, çıxış edirəm. Mümkünsə, Sərəncamı ucadan oxuyun”, - deyə, bildirib.

E.Axundova Sərəncamı tədbir iştirakçılarına da dinlənib və Sərəncam böyük alqışlarla qarşılanıb.

“Mənim üçün doğrudan da çox gözlənilməz oldu. Cənab Prezidentə öz minnətdarlığımı bildirirəm”, -deyə sözlərinə əlavə edib.

Qeyd edək ki, sabah E.Axundovanın doğum günüdür. Onun 65 yaşı tamam olur

Memur.az