AVRO-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb » Memur.az

AVRO-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb

AVRO-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıbUEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarının tarixlərini açıqlayıb


"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq 4 matçın da vaxtı müəyyənləşib. Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır. UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda keçiriləcək A qrupunun 3 oyunu, müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.

Memur.az