İlham Əliyev “Rostex” Dövlət Korporasiyasının baş direktorunu qəbul etdi » Memur.az

İlham Əliyev “Rostex” Dövlət Korporasiyasının baş direktorunu qəbul etdi

İlham Əliyev “Rostex” Dövlət Korporasiyasının baş direktorunu qəbul etdi

Prezident İlham Əliyev Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, baş direktor Sergey Çemezov Rusiya Federasiyasının prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb. Sergey Çemezov rəhbərlik etdiyi “Rostex” Dövlət Korporasiyasında aparılan struktur islahatları və həyata keçirilən işlər barədə məlumat verib.

Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin çox yüksək səviyyədə olduğu bildirilib, müdafiə sənayesi, maşınqayırma, yüksək texnologiyalar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.