Deputat: Seçki mədəniyyəti böyük uğurdur » Memur.az

Deputat: Seçki mədəniyyəti böyük uğurdur

Deputat: Seçki mədəniyyəti böyük uğurdurAvropa Şurasının müşahidə missiyalarının üzvü olaraq yeni əsrin arxada qalan illəri ərzində bir sıra üzv ölkələrdəki prezident və parlament seçkilərini izləmişəm.

Heç uzağa getmirəm, Azərbaycan vətəndaşlarına daha əlçatan olan Türkiyədə və Gürcüstandakı seçki məntəqələrini, yaradılmış şəraiti, seçki gedişatını bizdəki seçkilərin, elə son prezident seçkilərinin gedişi ilə müqayisə edirəm.

Müqayisəyə gəlməyəcək dərəcədə fərqlər var ki, Azərbaycanın bu sahədə nə qədər irəlidə olduğunu açıqca nümayiş etdirir.

Bunu Oxu.Az-a açıqlamasında akademik, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

O qeyd edib ki, bu müqayisə əsnasında bir başqa həqiqəti də duyur.

“Bizim seçki məntəqlərinin əksəri geniş, işıqlı, müasir məktəb binalarındandır. Hətta bəzi böyük məktəblərdə iki məntəqə var. Genişlik, gözəllik, rahatlıq ürək sevindirir. Daha çox fərəhləndirənsə məktəblərin özləridir. Seçki bir gündür.

Sabahdan məktəb yenə adi həyatını davam etdirəcək. Əlbəttə, belə gözəl məkanlarda dərs demək də, təhsil almaq da yalnız məmnunluq oyada bilər.

Bu məktəblərin hamısı son 10-15 ildə tikilib, bəziləri də elə təzədən tikilmişcə var – əsaslı şəkildə yenidən qurulub...”, - deyən R.Hüseynov qeyd edib ki, Azərbaycanın, Azərbaycan insanının ən fərəhli uğurlarından biri nail olduğu yüksək seçki mədəniyyətidir.

Memur.az