Fəal ictimaiyyətçi Dünyaxanım Əliyeva nümayəndə təyin olundu » Memur.az

Fəal ictimaiyyətçi Dünyaxanım Əliyeva nümayəndə təyin olundu

Fəal ictimaiyyətçi Dünyaxanım Əliyeva nümayəndə təyin olundu“Dünya Ana və Uşaq” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva Türkiyədə fəaliyyət göstərən Dünya Eşitmə və Engəllər (fiziki məhdudiyyətli şəxslər) Federasiyasının Azərbaycan təmsilçiliyinin sədr müavini təyin olunub.

Federasiyadan verilən məlumata görə, D.Əliyeva həmçinin Anadolu Azərbaycan Mədəniyyət Sənət Dünyası Yardımlaşma və Danışma Dərnəyinin təmsilçisi kimi də fəaliyyət göstərəcək.

QEYD: Dünyaxanım Əliyeva 90-ci illərdən ölkənin ictimai həyatında fəallığı ilə seçilib. 1992-2003 cü illərdə “AMAY” MMC-nin sədr müavini olub. Qarabağ döyüşlərində tez-tez əsgər və zabitlərimizlə görüşüb. Hərbi hissələrimizə yardımlar aparıb. Hələ o zaman N saylı hərbi hissənin rəhbərliyi tərəfindən “Fəxr əsgəri” diplomu ilə tətlif olunub. Xeyriyyəçi kimi böyük xidmətləri olub. Xidmətlərinə görı onlarla diplom və mükafatlarla təltif olunub. Bu gün ictimaiyyəti fəaliyyətini uğurla davam etdirir.

Memur.az