Yaponlar Bayıl uğrunda mübarizəyə başlayırlar » Memur.az

Yaponlar Bayıl uğrunda mübarizəyə başlayırlar

Yaponlar Bayıl uğrunda mübarizəyə başlayırlarDünən Yaponiyanın seysmoloji xidmətinin nümayəndələri baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə Azərbaycan Nazirlər Kabinetinin iclasında iştirak ediblər.

Oxu.Az-ın Virtualaz.org-a istinadən məlumatına görə, hökumətin iclası Bakının Bayıl yamacında faciəvi sürüşmə prosesinə həsr edilmişdi.

Yaponlardan başqa hökumətin iclasında Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, seysmologiya sahəsində məşhur mütəxəssislər iştirak ediblər.

İclasda yapon mütəxəssislər yaranmış vəziyyətdən çıxış yollarının axtarılması üzrə öz təkliflərini veriblər. Onlar qeyd ediblər ki, təhlükəli sahədə tədqiqat işləri aparıblar.

Qiymətləndirmələrə görə, texnogen vəziyyət hələlik əsas fazaya daxil olmayıb, buna baxmayaraq, təhlükə gözlənilməz nəticələrə gətirib çıxara bilər.

Yaponiyalı mütəxəssislər müvafiq hesabatı yaxın bir həftə ərzində hazırlamalıdırlar.

Xatırladaq ki, Bayıl yamacında bir neçə santimetrlik müxtəlif çatlar müəyyən edilib. Son 3 ay ərzində çatlar 8 metrə qədər artıb. Sürüşmə rayonun 7 hektar ərazisini əhatə edib. Yaşayış evləri zərər görüb. Əhalinin təxliyyəsinə başlanılıb.

Memur.az