İlham Əliyev XXI əsr Azərbaycan tarixinin ən görkəmli siyasətçisidir » Memur.az

İlham Əliyev XXI əsr Azərbaycan tarixinin ən görkəmli siyasətçisidir

İlham Əliyev XXI əsr Azərbaycan tarixinin ən görkəmli siyasətçisidir





























Müstəqil Azərbaycan Respublikasının suveren hüquqlarınn qorunması və geniş miqyasda inkişaf etdirilməsi təbii ki, ümummilli lider Heydər Əliyevin siyasi məqsədləridir və bu siyasi məqsədləri ardıcıl şəkildə bu gün dövlətimizin başçısı cənab llham Əliyev çox uğurla həyata keçirir. Səmimi etiraf edək ki, sivil ölkələr sırasına çıxmaq ölkələr üçün miqyassız çətinliklər törədir, amma Azərbaycan gənc, perspektivli siyasətçi llham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sivil dünya ölkələri ilə birgə addımlamağa nail oldu və bu istiqamətdə mövcud olan problemlər və çətinliklər arxada qaldı. Əlbəttə, bu da böyük uğurdur.
Müasir dövrün səciyyəvi xüsusiyyətlərindən biri şübhəsiz ki, dövlətlərarası münasibətlərin inkişafı müxtəlif növ beynəlxalq təşkilatların yaradılmasının obyektiv şərtidir və bu gün Azərbaycan müstəqil dövlət kimi bir çox mötəbər beynəlxalq təşkilatların üzvüdür. Ümummilli lider Heydər Əliyevin sarsılmaz, qətiyyətli, cəsarətli siyasi diplomatik adddımlarının nəticəsində Azərbaycan nəhayət, 2001-ci ilin yanvar ayından dünyanın ən mötəbər beynəlxalq təşkilatlarından biri olan Avropa Şurasına üzv seçildi. Azərbaycan rıümayəndə heyətinin rəhbəri cənab llham Əliyev həmin il parlaq çıxışları ilə yadda qaldı. Onun AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ölkəmizin milli mənfeyini ləyaqətlə qoruması göz qabağındadır. Ilham Əliyev ümumilli liderimiz H.ƏIiyevin sınaqdan çıxmış xarici siyasət kursuna sadiqdir və bu kursu daim irəliyə aparır. Xüsüsən, regionda balans yaratmaq məsələlərinə xüsusi önəm verir. Rusiya, iran, Türkiyə və Gürcüstanla mehriban qonşuluq münasibətləri qorunub saxlanılır. Beynəlxalq aləmdə Azərbaycanın nüfuz dairəsinin genişlənməsinə və möhkəmlənməsinə çalışır. Ölkəmizə düşmən deyil, dost müttəfiq qazandıraraq, dünyanın müxtəlif nüfuzlu təşkilatlarında prinsipial məsələlərin müzakirəsində hava-su kimi lazım gələn tərəfdaşlarının sayını artırır. Ilham Əliyevin uğurları təkcə siyasi arenada deyil, iqtisadiyyat sahəsində də öz sırasını tutur. O, Heydər Əliyev siyasi kursunun etibarlı davamçısı kimi Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsində neft sektorunun rolunu artırmış, neft sənayesinin inkişafının yüksəldilməsində xüsusi xidmət göstərmişdir. 24 dekabr Möhtərəm Prezidentimiz cənab llham Əliyevin ad günüdür. Həm qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, həm də doğum günü munasibətilə cənab Prezidentimizi səmimi qəlbdən təbrik edir, ona can sağlığı, uzun ömür, xoşbəxt və firavan həyat arzulayırıq!

Cavid Abbasov
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Astara rayon idarəsinin müdiri