Ərdoğanın müxalifət liderləri ilə görüşü 2,4 saat davam edib » Memur.az

Ərdoğanın müxalifət liderləri ilə görüşü 2,4 saat davam edib

Ərdoğanın müxalifət liderləri ilə görüşü 2,4 saat davam edib

Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın müxalifət liderləri Kamal Kılıçdaroğlu və Dövlət Bahçeli ilə görüşü başa çatıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, prezident sarayında keçirilən və baş nazir Binəli Yıldırımın da qatıldığı görüş 2 saat 40 dəqiqə davam edib. Müzakirə olunan məsələlər barədə açıqlama verilməyib.
Cümhuriyyət Xalq Partiyasındakı mənbələr isə görüşü siyasətin normallaşdırılması baxımından müsbət qiymətləndiriblər: “Budan sonrakı normallaşma addımlarını asanlaşdıracaq bir görüş oldu”.