XİN: “Ermənilərin açdığı atəş nəticəsində mülki şəxslərdən 4 nəfər ölüb, 24 nəfər yaralanıb” » Memur.az

XİN: “Ermənilərin açdığı atəş nəticəsində mülki şəxslərdən 4 nəfər ölüb, 24 nəfər yaralanıb”

XİN: “Ermənilərin açdığı atəş nəticəsində mülki şəxslərdən 4 nəfər ölüb, 24 nəfər yaralanıb”Xarici İşlər Nazirliyi 2-5 aprel tarixlərində ermənilərin mülki şəxslərə və yaşayış evlərinə açdığı atəş nəticəsində dəyən ziyanı açıqlayıb.

Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Qanun.tv-yə verdiyi məlumata görə, 32 yaşayış məntəqəsinə atəş açılıb:

“24 nəfər yaralanıb. 206 şəxsi evə ziyan dəyib. Yaralananlardan 9 nəfər Ağdamdan, 4 nəfər Tərtərdən, 8 nəfər Goranboydan, 1 nəfər Füzuli, 2 nəfər Ağcabədidəndir. Ermənilərin açdığı atəş nəticəsində 4 nəfər mülki şəxs isə ölüb”.

Məlumat üçün bildirək ki, “Qafqazinfo” ölən mülki şəxslərin hamısının, yaralanan mülki şəxslərin isə 18 nəfərinin adını siyahı şəklində açıqlayıb. Həmin siyahını təqdim edirik:



Vəfat edənlər:

1. 2000-ci təvəllüdlü Həsənli Turanə Kamandar qızı

2. 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu

3. 1993-cü il təvəllüdlü Rəhimov Orxan Valeh oğlu

4. 1992-ci il təvəllüdlü Əsədli Fərman Elçin oğlu



Yaralılar:

1. 1968-ci il təvəllüdlü Cəfərov İlqar Hidayət oğlu

2. 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğlu

3. 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu

4. 1974-cü il təvəllüdlü Mustafayev Akif Musa oğlu

5. 2000-ci il təvəllüdlü Məhərrəmova Pakizə Fərman qızı

6. 1984-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı

7. 1976-cı il təvəllüdlü Ağayeva Kəmalə Əjdər qızı

8. Rəhimov Cəlal Saday oğlu

9. 1990-cı il təvəllüdlü Əhmədov Ramin Rafiq oğlu

10. 1987-ci il təvəllüdlü Əliyev Sadiq Natiq oğlu

11. 1982-ci il təvəllüdlü Rəhimov Mübariz Vaqif oğlu

12. 1953-cü il təvəllüdlü Hüseynov Cümşüd İslam oğlu

13. 1951-ci il təvəllüdlü Vəliyev Vahid Vəli oğlu

14. 2003-cü il təvəllüdlü Sənan Vəlizadə

15. 1938-ci il təvəllüdlü İbrahimov Əbdüləzim Mürsəl oğlu

16. 1974-cü il təvəllüdlü Allahverdiyev Abbas Şiraslan oğlu

17. Əhmədov İsa Əli oğlu

18. Rəhimov Elvin

Bununla yanaşı, yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində yerli sakinlərdən bir neçəsinin evi və kənd məktəbləri dağılıb.