Prezident İlham Əliyev: “Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli əməkdaşlığı, birliyi və qardaşlığı əbədidir” » Memur.az

Prezident İlham Əliyev: “Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli əməkdaşlığı, birliyi və qardaşlığı əbədidir”

Prezident İlham Əliyev: “Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli əməkdaşlığı, birliyi və qardaşlığı əbədidir”

“Bu gün Türkiyə-Azərbaycan birliyi dünya miqyasında artıq inkaredilməz faktordur.

Türkiyə dünya birliyinin önəmli ölkəsidir, Azərbaycanın da imkanları artır. Biz enerji və nəqliyyat layihələri həyata keçirməklə birliyimizi daha da gücləndiririk. Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolunun təməl daşı da Qarsda qoyulub, bu gün TANAP layihəsinin də təməli Qarsda qoyulacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Qarsda inşa edilmiş Heydər Əliyev Anadolu Peşə və Texniki Liseyinin açılış mərasimində çıxışında deyib. O bildirib ki, bu gün TANAP layihəsinin təməlqoyma mərasimində iştirak etmək üçün Gürcüstan prezidenti də Qarsa gəlib: “Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli əməkdaşlığı, qardaşlığı, birliyi əbədidir. Bu üç ölkə bundan sonra da bir yerdə olacaq, bir yerdə öz gələcəklərini quracaq, bir-birinə həmişə arxa, dayaq olacaqlar. Əminəm ki, TANAP layihəsinin icrası bütün türk dünyası üçün əziz diyar olan Qarsın inkişafı üçün də yeni imkanlar açacaq. Yaşasın Türkiyə-Azərbaycan birliyi və qardaşlığı!”