Xəzərin statusu ilə bağlı növbəti görüşün tarixi açıqlandı » Memur.az

Xəzərin statusu ilə bağlı növbəti görüşün tarixi açıqlandı

Xəzərin statusu ilə bağlı növbəti görüşün tarixi açıqlandı

Artıq bütün ölkələr iclasda iştirakını təsdiqləyib.

Xəzərin hüquqi statusuna dair işçi qrupun növbəti iclası bu il yanvarın 27-28-də Aşqabadda keçiriləcək.

Memur.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, işçi qrupda Azərbaycanı təmsil edən Xələf Xələfov bildirib.

Nazir müavini qeyd edib ki, artıq bütün ölkələr iclasda iştirakını təsdiqləyib.

X. XələfovAstana sammiti öncəsi bu ilin birinci və ya ikinci rübündə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini də deyib.

O bildirib ki, görüşlərdə Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış məsələlər müzakirə olunacaq.