Zakir Həsənov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb » Memur.az

Zakir Həsənov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Zakir Həsənov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 22-də İsrailin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Z.Həsənov ona iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb