Ceyhun Bayramov təyyarə qəzasında operativ yardıma görə Qazaxıstan dövlətinə və xalqına təşəkkür edib
siyaset
11-03-2025, 11:30
77

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Qazaxıstan xarici işlər naziri ilə birgə mətbuat konfransında danışıb.
"Sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından dərhal sonra aktarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsində yüksəl operativlik göstərdiyinə və bütün məsələlərdə yaxından dəstək verdiyinə görə Qazaxıstan tərəfinə və bütün qazax xalqına təşəkkür edirəm", - o bildirib.
XİN başçısı əlavə edib ki, Azərbayxan və qazax xalqları arasında tarixən mövcud olan qardaşlıq, birgə adət-ənənə, mədəniyyət və dil ortaqlığı, dövlət başçıları arasında qarşılıqlı hörmət və etimada əsaslanan açıq və səmini münasibətlər iki ölkə arasında əlaqələrin əsasını təşkil edir.