Muxtar Babayev BMqT rəsmisi ilə COP29-a hazırlıqlar ətrafında fikir mübadiləsi aparıb
siyaset
30-07-2024, 09:14
162
 Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Respublikasındakı missiyasının rəhbəri Troy Duli ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Respublikasındakı missiyasının rəhbəri Troy Duli ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.




















