Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib » Memur.az

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

[thumb=left]http://memur.az/uploads/posts/2024-04/1712741137_2222.jpg[/thumbBirinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib.

Oxu.Az xəbər verir ki, “Instagram”dakı paylaşımda qeyd olunub:

“İnsanların qəlbini və düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Ramazan bayramınız mübarək!”]