Bir neçə təhsil müəssisəsinin rəhbəri barəsində tədbir görüldü » Memur.az

Bir neçə təhsil müəssisəsinin rəhbəri barəsində tədbir görüldü

Bir neçə təhsil müəssisəsinin rəhbəri barəsində tədbir görüldüQarabağ Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən təhsil müəssisələrində monitorinq aparılıb.

İdarədən “Qafqazinfo”ya verilən məlumata görə, monitorinq zamanı məlum olub ki, Ağcabədi rayonu üzrə təhsil sektorunun dörd nəfər əməkdaşı tərəfindən vəzifə öhdəlikləri vaxtında və düzgün icra olunmayıb.

Nəticə etibarilə təhsil müəssisələrinin fəaliyyətinə nəzarət edilməyib, bir sıra neqativ hallara yol verilib.
Göstərilənləri nəzərə alaraq Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşları və yoxlanılmış təhsil müəssisələrinin rəhbərləri barəsində Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq intizam tənbeh tədbirləri tətbiq edilib.

Hazırda monitorinqlər planlı və ardıcıl şəkildə davam etdirilir.